ELM VƏ TƏHSİL


“Postpandemiya dövründə birlik” layihəsi çərçivəsində təlimlər davam etdirilir

Bakı, 8 sentyabr, AZƏRTAC 

“Postpandemiya dövründə birlik” layihəsi çərçivəsində təlimlər davam etdirilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində pandemiyadan sonrakı həyat tərzi, təhsil və karyera mövzularını əhatə edən təlimlər keçirilib. Keçirilən üç təlim sessiyası Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov və Azərbaycan İnsan Resursları Assosiasiyasının idarə heyətinin üzvü və Beynəlxalq Əmək Təşkilatı, Birləşmiş Millətlər Təşkilatlarının İnkişaf Proqramının təlimçisi Saleh Həsənovun iştirakı ilə reallaşıb. Təlimlərdə ümumilikdə 380-dən çox tələbə-könüllü iştirak edib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihənin məqsədi COVID-19 pandemiyası ilə bağlı tələbə-könüllülər arasında maarifləndirmə işlərinin aparılması, onların həyat keyfiyyətlərini yüksəltmək, karyerada uğur qazanmaq, bilik və bacarıqlardan düzgün istifadə etməyə şərait yaratmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.