Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentə yazırlar: Uzun müddətdən bəri gözlədiyimiz bu günləri bizə yaşatdığınız üçün Sizə minnətdarıq

Prezidentə yazırlar: Uzun müddətdən bəri gözlədiyimiz bu günləri bizə yaşatdığınız üçün Sizə minnətdarıq

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməkdə davam edir.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Türkiyənin İstanbul şəhərindən Erdal Aksoy yazır: “Hörmətli cənab Prezident, Sizi Türkiyədən salamlamaqdan qürur duyuram. Biz bir millət, iki dövlətik. Sizin dərin zəkanız, mükəmməl diplomatik fəaliyyətiniz və xalqınıza olan sevginiz hamını qarşıdakı parlaq qələbəyə ümidləndirir. Cənab Prezident, hər gün televiziyadakı çıxışlarınızı, yeni qələbə xəbərlərini böyük qürur hissi ilə izləyirik. Sizin türk kanallarına, eləcə də dünyanın bir çox məşhur KİV-lərinə verdiyiniz müsahibələri diqqətlə dinləyirik. Sizinlə fəxr edir, qürur duyuruq. Siz haqlı tərəfsiniz, Sizin zəfər çalacağınıza əminik. Sizə çox çətin və məsuliyyətli işinizdə böyük uğurlar arzu edirəm. İnşallah, tezliklə bütün Azərbaycan xalqına böyük qələbə sevinci yaşadacağınıza ürəkdən inanırıq. Biz Sizinləyik və Sizə duaçıyıq. Sizi və qardaş Azərbaycan xalqını ürəkdən dəstəkləyirik. Allah Sizi və bütün əsgərləri qorusun! Vətən müharibəsində Azərbaycan Ordusuna Qələbə arzulayırıq! Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!”

Almaniyanın Köln şəhərindən Etibar Həşimov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Qarabağın azadlığı uğrunda yürütdüyünüz siyasətə, qələbəmizə və şanlı tarix yazdığınıza görə Sizə dərin təşəkkürümü bildirirəm. Siz “XXI əsr türk dünyası əsri olacaq” ifadənizi sübut edərək bu qələbələrlə dünyaya Türkün gücünü göstərdiniz. Bir Azərbaycan vətəndaşı olaraq Sizi dəstəkləyir, Sizinlə fəxr edirəm. Allah yar və yardımçınız olsun, inşallah! Qarabağ Azərbaycandır!”

Qubadlı sakini Mahmud Əsədov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, 27 ildən sonra bizə yaşatdığınız sevinc hissinə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı Sizi sevir və yürütdüyünüz siyasətin daim arxasındadır. Allah Sizi Azərbaycan xalqına çox görməsin. Biz əminik ki, Qarabağın azad ediləcəyi gün elə də uzaq deyil. Allah Sizi və Ordumuzu qorusun! Qarabağ Azərbaycandır! Yaşasın Ali Baş Komandan!”.

Sabirabad rayonundan Aqşin Rəhimov yazır: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Sizin müdrik rəhbərliyiniz və şanlı Ordumuzun rəşadəti ilə torpaqlarımız mənfur erməni qəsbkarlarından azad olunur. Biz əmin idik ki, Siz bu haqq davasını başa çatdıracaq və müzəffər bir sərkərdə kimi tariximizə şanlı səhifələr yazacaqsınız. Biz inanırıq ki, çox yaxın zamanda Azərbaycanın üçrəngli şanlı bayrağı Qarabağın ən uca zirvəsində dalğalanacaq. Qarabağ Azərbaycandır!”

Samux rayonunun sakini Xatay Vəliyev dövlətimizin başçısına yazır: “Müzəffər Ali Baş Komandan, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda apardığınız mübarizənizi dəstəkləyir və qazanılan qələbələr münasibətilə Sizi, Azərbaycanın mübariz ordusunu və xalqımızı təbrik edirəm. Bu haqq savaşımızda bizə mənəvi dəstək olan Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana və türk qardaşlarımıza da şəxsən öz minnətdarlığımı bildirirəm. Yaşasın bir millət, iki dövlət - Azərbaycan və Türkiyə! Bizə mübarizəmizdə mənəvi dəstək olan Pakistan xalqına və onun Prezidentinə də öz minnətdarlığımı bildirirəm. Biz də Samux rayonunun gəncləri olaraq, Vətənimiz, ordumuz üçün əlimizdən gələni etməyə hazırıq və döyüşən əsgərlərimizə hayanıq. Rayonumuzun yetirməsi olan hərbçilərimiz ön cəbhədə düşmənə qarşı vuruşur. Cənab Ali Baş Komandan, Allah Sizi, Azərbaycan xalqını, qəhrəman hərbçilərimizi və bütün türk dünyasını qorusun!”

Ağdam sakini Təşəkkül Məmmədov: “Müzəffər Ali Baş Komandan, ərazi bütövlüyümüzün bərpası yolunda atdığınız qətiyyətli addımlardan hər bir azərbaycanlı kimi mən də qürur hissi keçirirəm. Biz Sizinlə fəxr edirik. Sizin müdrik siyasətiniz və şanlı ordumuzun igid oğulları sayəsində qazandığımız qələbələr bizi çox sevindirir. Eyni zamanda, sevinirik ki, Vətənin cəsur övladları torpaqlarımızla bərabər, erməni vandallarının qurbanı olmuş neçə-neçə körpə balaların, qız-gəlinlərin, şəhidlərimizin qisasını alırlar. Uca Tanrı bu yolda Sizlərə yardımçı olsun. Yaşasın Ali Baş Komandanımız! Yaşasın müzəffər Ordumuz!”

Bakı şəhər sakini Bəhruz Hüseynov: “Möhtərəm cənab Prezident, humanist rəhbər, Müzəffər Ali Baş Komandan, Azərbaycan dövlətinin və xalqının 2003-cü ildə növbəti dəfə bəxti gətirdi ki, ulu öndər Heydər Əliyevdən sonra bizə uzaqgörən siyasəti, müdrik qərarları, xalqına yaxın olmağı ilə dünya liderlərindən fərqlənən bir lider rəhbərlik etdi. Hər addımında qələbə duyulan, “Mən hər bir azərbaycanlının Prezidentiyəm” söyləyən rəhbərin xalqını növbəti qələbələrə doğru aparacağına ürəkdən inanırıq və Sizi hər zaman dəstəkləyirik. Azərbaycan heç zaman bu qədər güclü olmamışdır və qüdrətli ölkəmizin son illər əldə etdiyi bu nailiyyətlər, qazandığı uğurlar Ulu Öndərin və Sizin adınızla bağlıdır. Bizə məhz Sizin kimi Vətəninə ürəkdən bağlı olan, praqmatik, enerjili, qətiyyətli, müdrik və humanist bir lider lazımdır. Doğma Vətənimizi işıqlı gələcəyə doğru inamla aparan, cənab Ali Baş Komandan, Allah bu yolda Sizə kömək olsun! Allah Sizi, xalqımızı və millətimizi qorusun!”.

Bərdədən Elxan Hacıyev: “Hörmətli cənab Prezident, müqəddəs torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız bu müqəddəs müharibədə Sizə və müzəffər ordumuza yeni qələbələr arzu edirik. Əminəm ki, işğal edilmiş bütün torpaqlarımızı azad edəcəyik və üçrəngli bayrağımızı Şuşa şəhərində dalğalandıracağıq. Allah Sizə və Şanlı Ordumuza qüvvət versin! Qarabağ Azərbaycandır!”.

Ağdam sakini Zahir Kazımov: “Hörmətli cənab Prezident, Sizin ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizəni ailəliklə dəstəkləyir və alqışlayırıq. Azərbaycan xalqına yaşatdığınız fərəh və qürur hisslərinə görə Sizə minnətdarıq. Allah Sizi və qüdrətli Azərbaycan Ordusunu qorusun! Zəfərlərlə dolu tarixi günlərin şahidi olduğumuz üçün çox xoşbəxtik. İnanırıq ki, 30 ilə yaxın çəkdiyimiz ağrı-acılı torpaq həsrətinə tezliklə böyük Qələbənizlə son qoyacaqsınız. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Beyləqandan Zamiq Cahangirli: “Salam, cənab Prezident, son beş yüz ilin Azərbaycan tarixinə bir dövlət başçısı, bir sərkərdə kimi misli görünməmiş bir imza atırsınız. Sizin bütün fəaliyyətiniz siyasi, hərbi, tarixi və başqa dissertasiyaların yazılmasına rəvac verir, yeni elmi araşdırmaların predmetinə çevrilir. Hazırda yazılan yeni tariximizə görə Siz bir dəfə deyil, bir neçə dəfə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməlisiniz. Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə etdikləriniz üçün Sizə çox minnətdaram. Allah yar və yardımçınız olsun. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Sumqayıt şəhərindən Nəhmət Bayramov: “Müzəffər Ali Baş Komandan, otuz ildə birinci dəfədir ki, öz ad günümü alnıaçıq, üzüağ qarşıladım. Bu, Sizin iradənizin real nəticəsidir. Mən Birinci Qarabağ müharibəsi veteranıyam. Hazırda bir az yaşım çox olsa da, mən də cavanlarımız kimi döyüşə hazıram. Bizim gücümüz bizim birliyimizdədir. Bu birliyi yaradan Sizsiniz. Allah Sizi qorusun!”

Bakı şəhər sakini Mayıl Məmmədov: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, uzaqgörən siyasətiniz, gərgin əməyiniz nəticəsində Azərbaycan xalqının qəhrəmanlığını, igidliyini, cəsarətini sübut etdiniz. Vətənpərvərlik ruhunda atdığınız bütün addımlarla, verdiyiniz qürurverici qərarlarla uzun müddətdən bəri gözlədiyimiz günləri bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm. Sizin komandanlığınız altında son günlərdə cəbhədə tarix yazan, Azərbaycan bayrağını Qarabağımıza qaytaran şanlı, müzəffər Azərbaycan Ordusuna eşq olsun! Siz Azərbaycan dövlətinin bütövlüyünü və əbədiliyini təmin edir və gələcək nəsillər üçün daha da qüdrətli və təhlükəsiz bir Azərbaycan inşa edirsiniz. Mən I qrup Qarabağ müharibəsi əliliyəm. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə əsir götürülmüşdüm. Ağır dözülməz işgəncələrə məruz qalmışam. Vəhşi ermənilər qollarımı, ayaqlarımı sındırıblar, sinəmə hələ də izi qalan qaynar xaç damğası vurublar. Bunların nəticəsində sağalmaz xəstəliklərə düçar olmuşam. Ailəliyəm, iki övladım var. Dövlətimdən, Sizdən çox razıyam, bütün qərarlarınızı dəstəkləyirəm. Respublikamızda əmin-amanlığın, sabitliyin bərqərar olmasında Sizin böyük rolunuz var. Buna görə bütün Azərbaycan xalqı Sizə minnətdardır. Siz bu Vətənin mərd, igid, qəhrəman oğlusunuz. Bütün Qarabağ qazilərinin isə böyük hörməti və ehtiramı var. Müzəffər Ali Baş Komandan, Sizin ərazi bütövlüyümüz uğrunda apardığınız haqq mübarizənizə mən də qoşulub döyüşlərdə iştirak etmək istəyirəm. Mənim buna tam haqqım var. Çünki işğalçı erməni alçaqların mənə verdiyi ağır işgəncələr mənim heç vaxt yadımdan çaxmayacaq, bu işgəncələr mənim həyatımda iz qoyub. Qisas almaq günüdür”.

Şəkidən Sumayə Muxtarova: “Müzəffər Ali Baş Komandan, mən Sizinlə qürur duyuram. Sizin xarici ölkələrin jurnalistlərinə verdiyiniz müsahibələr zamanı göstərdiyiniz qətiyyətli mövqeyiniz, tarixə söykənən savadlı və məntiqi cavablarınız göstərir ki, biz haqlı olaraq Sizinlə fəxr edirik. Bütün çıxışlarınızı və müsahibələrinizi izləyirəm. Elə səbir, elə təmkinlə verilən sualları cavablandırırsınız ki, Sizə heyran qalmamaq mümkün deyil. Siz xalqımıza kəndlərin və şəhərlərin azad olunması xəbərini çatdırır, bununla da hər bir azərbaycanlı ailəsinə sevinc və fərəh anları yaşadırsınız. Deməli, Siz və igid əsgərlərimiz sevinc və qürur paylayıcılarısınız. Mən Ali Baş Komandanımız başda olmaqla, qüdrətli Azərbaycan Ordusuna, xalqımıza və Azərbaycanı sevən bütün yaxşı insanlara cansağlığı və böyük uğurlar arzulayıram. Tezliklə torpaqlarımız işğaldan azad ediləcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq. Buna ürəkdən inanırıq. Bu inamı bizə Siz və cəsur zabit və əsgərlərimiz verir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların valideynlərinə və ailələrinə səbir, təmkin versin. Amin! Yaralı əsgərlərimizə isə Allahdan şəfa diləyirəm. Güc birlikdədir. Qarabağ Azərbaycandır!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lorin Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir VİDEO

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır VİDEO