QAN YADDAŞI
Professor Yavuz Akpınar: 31 mart soyqırımı bəşəriyyətə qarşı törədilmiş hərbi cinayətdir
İstanbul, 31 mart, AZƏRTAC
Azərbaycanlıların 1918-ci il martın 31-də ermənilər tərəfindən məruz qaldıqları soyqırımı bəşəriyyətə qarşı törədilmiş hərbi cinayətdir.
Bu fikri AZƏRTAC-a müsahibəsində türkiyəli professor Yavuz Akpınar 1918-ci il hadisələrinin dəhşətlərindən bəhs edərkən söyləyib.
Y.Akpınar deyib: “Erməni silahlı birləşmələrinin Azərbaycanda törətdikləri soyqırımlarının bir daha təkrarlanmaması üçün daha güclü, daha mübariz olmalıyıq. Təəssüf ki, dünyada kim güclüdürsə, haqq da onun tərəfindədir. Biz isə əl-ələ verib daha da güclənməliyik ki, haqlı olduğumuzu göstərək”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul