CƏMİYYƏT


Protez-Ortopedik Bərpa Mərkəzi 23 nəfər əlilliyi olan şəxsə əlil arabaları verib

Bakı, 17 iyul, AZƏRTAC 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarında yaşayan və əlil arabasına tibbi göstərişi olan 23 nəfər əlilliyi olan şəxsə əlil arabaları verilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əlilliyi olan şəxslərdən bir qisminin rayon mərkəzlərinə gələ bilmədikləri nəzərə alınaraq arabalar yaşadıqları ünvanlarda onlara təhvil verilib.

Əlilliyi olan şəxslər, onların ailə üzvləri ölkəmizdə fiziki məhdudiyyətli vətəndaşların maddi təminatlarının gücləndirilməsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası, həmçinin reabilitasiya vasitələri ilə təmin edilmələri sahəsində aparılan işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Əlil arabasına ehtiyac duyduğu halda əlilliyi olan şəxsin Protez-Ortopedik Bərpa Mərkəzinə birbaşa müraciətinə ehtiyac yoxdur. Bununla bağlı onun müraciəti yaşadığı ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasında dərhal qeydə alınır və əlil arabasına ehtiyacı olması barədə tibbi göstəriş ƏƏSMN-in elektron sisteminə daxil edilir. Bundan sonra isə Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxs növbəlilik qaydasında əlil arabası ilə təmin olunur.

Əlilliyi olan şəxslərin (və ya yaxınlarının) əlil arabasını götürmək üçün paytaxta gəlmək imkanları olmadıqda onlara yaşadıqları ünvanda əlil arabası təqdim olunur.

Qeyd edək ki, bu ilin ötən dövründə Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 750 nəfərədək əlilliyi olan şəxsə əlil arabası verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.