MƏDƏNİYYƏT


QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN HƏYATINDAN BƏHS EDƏN SƏRGİ AÇILMIŞDIR

Bakıdakı Muzey Mərkəzində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) ölkəmizdə fəaliyyətinin 10 illiyinə həsr olunmuş foto və rəsm sərgisi açılmışdır.

BMTQAK-ın respublikamızdakı nümayəndəliyinin və “Qala” rəsm qalereyasının təşkil etdikləri sərgidə qaçqın və məcburi köçkünlərin həyatından bəhs edən 85 foto, Azərbaycan rəssamlarının 26 rəsm əsəri nümayiş olunur. Foto materiallarda BMTQAK–ın ötən on il ərzində Azərbaycanda qaçqın və məcburi köçkünlərlə əlaqədar gördüyü işlər də öz əksini tapmışdır.

Baş nazirin müavini, Dövlət qaçqınkomun sədri Əli Həsənov, mədəniyyət naziri Polad Bülbüloğlu, BMTQAK-ın respublikamızdakı nümayəndəliyinin mətbuat katibi Vüqar Əbdülsəlimov sərginin açılışından əvvəl keçirilən mətbuat konfransında Ali Komissarlığın 10 il ərzində ölkəmizdə gördüyü böyük işlərdən danışmış, qurumun fəaliyyətini yüksək qiymətləndirmişlər.

Açılış mərasimində BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, xarici ölkələrin Bakıdakı səfirliklərinin nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişlər.

Sərgi yanvarın sonunda başa çatacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.