ELM VƏ TƏHSİL


Qafqazşünaslıq İnstitutunda Milli Qurtuluş Gününə həsr olunan dəyirmi masa təşkil olunub

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 10-da Qafqazşünaslıq İnstitutunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəssisənin rəhbəri AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildəki tarixi qayıdışı ölkəni anarxiyadan və dağılmaqdan xilas etdi.

Sonra İnstitutun şöbə müdirləri tarix elmləri doktoru Qasım Hacıyev, dosentlər Vahid Ömərov, Elnur Kəlbizadə, Günel Musayeva, Samirə Həbibbəyli, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Feyziyeva, Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva çıxışlarında ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkənin bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikada mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini qeyd ediblər. Yeni neft strategiyasının reallaşdırıldığını, ordu quruculuğu prosesinə başlanıldığını, cəmiyyətin sosial-iqtisadi inkişafı üçün əsasların yaradıldığını diqqətə çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.