İDMAN


“Qarabağ” və “Arsenal” komandalarının start heyətləri açıqlanıb

Bakı, 4 oktyabr, Nicat Məmmədov, AZƏRTAC 

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində oktyabrın 4-də saat 20:55-də başlayacaq “Qarabağ” – “Arsenal” görüşü üçün komandaların start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev (k), İnnosent Emeqara, Abdella Zubir, Mahir Mədətov, Filip Ozobiç, Yakup Jezniçak, Bədavi Hüseynov, Ansi Aqolli və Miçel yer alıblar.

“Arsenal” klubunun ilk onbirliyində isə meydana Bernd Leno, Sokratis Papastathopoulos, Rob Holdinq, Naço Monreal (k), Stefan Lixtştayner, Aleks İvobi, Dani Uelbek, Məhəmməd Elneni, Emil Smit Rove, Matteo Qenduzi və Sead Kolaşınaç çıxacaqlar.

Baki Olimpiya stadionunda keçiriləcək qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək. Matçın əsas hakimi Davide Massa olacaq. Filippo Meli və Alessandro Kostantso yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

E qrupunun digər oyunu Ukraynada oynanılacaq. “Vorskla” klubu Portuqaliyanın “Sportinq” komandasını qəbul edəcək.

Xatırladaq ki, qrup mərhələsinin birinci turunda “Arsenal” klubu “Vorskla”nı (4:2), “Sportinq” isə “Qarabağ” komandasını (2:0) məğlubiyyətə uğratmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.