İQTİSADİYYAT


Qaraçuxur qəsəbəsində Zaur Şərifov küçəsinin təmiri yekunlaşıb VİDEO

Bakı, 18 iyun, AZƏRTAC

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, paytaxtın Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan, ümumi uzunluğu 18,5 kilometr təşkil edən qəsəbədaxili küçə və yolda təmir-tikinti işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, proqram çərçivəsində rayonun Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4,3 kilometr olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işləri görülür. Qəsəbədəki 700 metr uzunluğa malik Zaur Şərifov küçəsində aparılan təmir-tikinti işləri yüksək keyfiyyətlə icra olunub. Yenidənqurma işləri çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, küçəyə yeni asfalt-beton örtüyü döşənib.

Təmir zamanı küçəboyu zəruri yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib. Bu işlərə paralel olaraq, küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Sonuncu mərhələdə isə avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb. Belə ki, layihəyə uyğun olaraq asfaltlanma işləri yekunlaşdıqdan sonra Zaur Şərifov küçəsi piyadaların maneəsiz hərəkəti üçün panduslar, zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin xüsusi parking yerləri ilə təmin olunaraq müasir görkəmdə istifadəyə verilib. Sözügedən küçədə təmir işləri təqribən 8600 kvadratmetr sahədə aparılıb.

Qeyd edək ki, hazırda Qaraçuxur qəsəbəsi üzrə Nizami İsmayılov küçəsində təmir işləri davam etdirilir. İşlərin vaxtında yekunlaşdırılması üçün sözügedən ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Təmir işlərinin həcmi cari ilin İnvestisiya Proqramına uyğun olaraq aparılır. Növbəti mərhələlərdə İnvestisiya Proqramına uyğun Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.