REGİONLAR
Qazax rayonunda 12500 hektar sahədə taxıl əkiləcək
Qazax, 11 oktyabr, Famil Quliyev, AZƏRTAC
Cari ilin məhsulu üçün Qazax rayonunda 11 min hektar sahədə taxıl əkilib. Aqrotexniki qaydalara düzgün və vaxtlı-vaxtında əməl olunmasının nəticəsidir ki, zəmilərin hər hektarından 33,03 sentner taxıl götürülüb. Əldə edilən bu yüksək göstərici taxılçıları daha geniş sahələrdə əkin aparmağa həvəsləndirib.
AZƏRTAC xəbər verir ki, sahibkarlar gələn ilin məhsulu üçün 12500 hektar sahədə taxıl əkməyi qarşılarına məqsəd qoyublar.
Bu məqsədə çatmaq üçün ilk gündən taxıl əkini sahələrinin şumlanmasına başlanılıb. Rayon üzrə hər gün 300-350 hektar sahənin şumu qaldırılır. Bu günə qədər isə 4355 hektar sahədə şumlama aparılıb.
Şumlama ilə yanaşı, payızlıq taxıl əkininə hazırlıqla bağlı digər tədbirlər də həyata keçirilir.