REGİONLAR
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda dezinfeksiya işləri aparılıb
Qəbələ, 21 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda və Qəbələ Arxeoloji Mərkəzdə növbəti dəfə dezinfeksiya işləri aparılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Direktor bildirib ki, dezinfeksiya işləri Qoruğun mühafizə postlarını, Arxeoloji Mərkəzin sərgi salonlarını, xidməti otaqları əhatə edib. Nazirlər Kabinetinin müvafiq Qərarı ilə muzey və sərgi zallarının yenidən fəaliyyətə başlaması ilə əlaqədar Qoruq tərəfindən sanitar gigiyenik qaydalara nəzarət gücləndirilib. Belə ki, ekskursiyalar zamanı ziyarətçilərin hərarətinin ölçülməsinə, sayına, tibbi maskadan istifadə olunmasına ciddi nəzarət edilir, ara məsafəsi qorunur. Mərkəzin giriş hissəsinə spirt və dezinfeksiyaedici məhlullar qoyulub. Qoruğun əməkdaşlarına və ziyarətçilərə karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı müvafiq təlimatlar verilir.