İDMAN


“Qəbələ” klubu 8 illik rekordu təkrarlayıb

Bakı, 26 oktyabr, AZƏRTAC

“Qəbələ” futbol klubu Azərbaycan Premyer Liqasının ilk dövrəsində hamıdan çox – 5 heç-heçə edib.

AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, ilk 7 turda bu qədər bərabərliyin qeydə alınması ölkə çempionatları tarixinin rekordunun təkrarıdır. Bunadək 4 komanda startda belə sülhsevərlik nümayiş etdirib. İlk olaraq 1993/1994-cü il mövsümündə “Neftçi” yarışın başlanğıcında 7 oyunundan beşində 1 xal əldə edib. 2006/2007-ci il mövsümündə eyni göstəriciyə “Qarabağ” imza atıb. Dörd il sonra “Kəpəz” də startda 5 bərabərlik müəllifi olub. “Qəbələ”dən əvvəl son belə komanda “Bakı” olub. Səkkiz il əvvəl -2012/2013-cü il mövsümündə “zolaqlılar” ilk 7 matçda 5 dəfə heç-heçə edib.

Qeyd edək ki, “Qəbələ” 7 oyunda 5 heç-heçə edib və 2 dəfə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.