Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qələbə bayramı muxtar respublikamızın şəhər və rayonlarında yüksək əhval-ruhiyyə ilə qeyd olunub

Naxçıvan, 10 may, AZƏRTAC

Qələbə bayramı Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında bu il də yüksək əhval-ruhiyyə ilə qeyd edilib.

Şərur rayonu

Faşizm üzərində tarixi qələbənin 74-cü ildönümü münasibətilə Şərur rayonunda keçirilən tədbirin iştirakçıları əvvəlcə 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə Şərur şəhərində ucaldılan abidəni ziyarət edib, abidə önünə tər çiçəklər düzüblər. 

Tədbir Şərur Olimpiya İdman Kompleksində davam edib. Rayon icra hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək, faşizm üzərində Qələbənin qazanılmasında azərbaycanlıların göstərdikləri misilsiz igidlik və qəhrəmanlıqları, respublikamızın bu dəhşətli müharibədə təkcə canlı qüvvə ilə deyil, təbii resursları ilə də iştirak etdiyini nəzərə çatdıraraq bildirib ki, Bakı neftinin faşizmin məhv edilməsində böyük rolu olub.

Vurğulanıb ki, İkinci Dünya müharibəsində 4 min 7 şərurlu iştirak edib, onlardan yalnız 2 min 218-i geri qayıdıb. Bu gün rayonda 5 İkinci Dünya müharibəsi veteranı, 178 nəfər həlak olmuş və sonradan vəfat etmiş müharibə veteranlarının dul arvadları və arxa cəbhə veteranı var.

Qeyd olunub ki, respublikamızın müstəqilliyini bərpa etdiyi ilk illərdə hakimiyyətdə olanlar veteranlara diqqət və qayğını nəinki unutmuşdular, hətta onlara yad nəzərlərlə baxırdılar. Respublikamızda ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli Liderimiz müharibə veteranlarının sosial-məişət şəraitinin, maddi rifahının yaxşılaşdırılması istiqamətində müvafiq fərman və sərəncamlar imzaladı. Müstəqillik illərində təkcə Şərur rayonunda 88 müharibə əlilinə nəqliyyat vasitəsi, müharibə iştirakçılarına və şəhid ailələrinə, ümumilikdə, 42 mənzil verilib.

Diqqətə çatdırılıb ki, müharibə iştirakçılarına göstərilən dövlət qayğısı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Veteranlar adından çıxış edən Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Şərur Rayon Təşkilatı sədrinin müavini Musa Şirəliyev göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Tədbir boyu rayon Mədəniyyət Şöbəsinin hazırladığı ədəbi-bədii proqramda vətənpərvərlik mövzusunda şeirlər, marşlar səsləndirilib, mahnılar ifa olunub.

Sonda veteranlara hədiyyələr təqdim edilib. Səhhəti ilə əlaqədar tədbirdə iştirak edə bilməyənlərə hədiyyələr evlərində çatdırılıb.

Babək rayonu

1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü Babək rayonunda da qeyd edilib. Bu münasibətlə keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon sakinləri iştirak ediblər. 

Əvvəlcə İkinci Dünya müharibəsində həlak olmuş babəklilərin xatirəsinə rayon mərkəzində ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, müharibədə həlak olmuş qəhrəman övladlarımızın xatirəsi ehtiramla yad edilib.

Sonra tədbir çay süfrəsi arxasında davam etdirilib. Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək bildirib ki, 1941-1945-ci illər müharibəsinə Babək rayonundan 1275 nəfər yollanıb. Müharibəyə gedənlərdən 1058 nəfəri qəhrəmancasına həlak olub, bir çoxu müxtəlif orden və medallarla təltif edilib.

Bildirilib ki, bu gün 74-cü ildönümünü qeyd etdiyimiz Qələbənin qazanılmasında iştirak etmiş qəhrəman veteranlarımıza xalqımızın böyük oğlu Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra hərtərəfli diqqət yetirilməyə başlanılıb. Hər il 9 May – Qələbə Günü ölkəmizdə böyük təntənə ilə qeyd edilir, həlak olmuş soydaşlarımız ehtiramla yad olunur, yaşayanlara yüksək səviyyədə qayğı göstərilir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Babək Rayon Təşkilatının sədri Həsən Həsənov çıxış edərək dövlətimiz tərəfindən onlara göstərilən qayğıya görə minnətdarlığını bildirib.

Babək Rayon Mədəniyyət Sarayının “Zabul” instrumental ansamblının ifa etdiyi rəngarəng musiqi nömrələri tədbirə bayram ovqatı qatıb.

Sonda veteranlara hədiyyələr təqdim olunub.

Ordubad rayonu

Ordubad rayonunda Qələbənin 74-cü ildönümünə həsr olunmuş tədbirin əvvəlində 1941-1945-ci illər müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış Xatirə kompleksi ziyarət edilərək abidə önünə gül dəstələri qoyulub.

Sonra Ordubad şəhərindəki “Emin” şadlıq sarayında 9 May – Qələbə Gününə həsr edilmiş tədbir keçirilib. Çay süfrəsi arxasında keçirilən tədbirin aparıcıları qeyd ediblər ki, həmyerlilərimizin faşizm üzərində Qələbənin qazanılmasında göstərdikləri igidliklər xalqımızın qəlbinə əbədi həkk olunub.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə veteranları təbrik edib. Çıxışında bildirib ki, Ordubad rayonunun qəhrəman övladları da müharibə illərində həm ön, həm də arxa cəbhədə böyük fədakarlıq və igidlik nümunələri göstəriblər.

Müharibə başlanandan rayondan cəbhəyə 3387 nəfər yollanıb, onların əksəriyyəti qanlı döyüşlərdə həlak olub.

Elşad Məmmədov daha sonra qeyd edib ki, İkinci Dünya müharibəsində şücaət göstərən Vətən övladlarının xidmətləri bu gün dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Qürbət Rzayev, muxtar respublikanın Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Ordubad Rayon Təşkilatının sədri Fərrux Nağızadə, muxtar respublikanın Əməkdar mədəniyyət işçisi Vilayət Bağırov çıxış ediblər.

Müharibə veteranı Məhəmmədəli Sultanov onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Tədbirə Ordubad Rayon Mədəniyyət Sarayının “Dübəndi” instrumental ansamblının ifa etdiyi rəngarəng musiqi nömrələri bayram tədbirinə xüsusi ab-hava qatıb.

Tədbirin sonunda müharibə veteranlarına hədiyyələr təqdim olunub.

Culfa rayonu

Alman faşizmi üzərində tarixi Qələbənin 74 illiyi Culfa rayonunda da qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində 1941-1945-ci illər müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, müharibədə həlak olmuş qəhrəman həmyerlilərimizin xatirəsini ehtiramla yad ediblər. 

Çay süfrəsi arxasında davam etdirilən tədbirdə qeyd olunub ki, qısa müddət ərzində bütün Avropanı, ümumilikdə isə dünyanı bürüyən bu müharibə miqyasına, iştirakçı ölkələrin və döyüşən orduların sayına, vurulan maddi zərərin və insan tələfatının həcminə görə bəşər tarixində baş vermiş müharibələrin ən böyüyü sayılır.

Vurğulanıb ki, bu döyüşlərdə naxçıvanlılar da böyük igidliklər göstəriblər. Onlardan 3-ü Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, 102-si “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri, 105-i birinci və ikinci dərəcəli “Böyük Vətən müharibəsi”, 315-i “Qırmızı Ulduz”, 29-u “Qırmızı Bayraq” ordenləri ilə təltif olunub.

Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev müharibə veteranlarını Qələbə bayramı münasibətilə təbrik edərək bildirib ki, müharibənin başlaması ilə az bir müddət ərzində 1181 Culfa rayon sakini ön cəbhəyə yollanıb. Onların yarıdan çoxu – 647-si müharibədən geri qayıtmayıb.

Vurğulanıb ki, Culfa rayonundan olan müharibə iştirakçıları və onların ailə üzvləri ötən illər ərzində hərtərəfli dövlət qayğısı ilə əhatə ediliblər.

Müharibə veteranlarına hədiyyələr təqdim olunduqdan sonra rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Qurban Qurbanov çıxış edib.

Müharibə veteranları onlara göstərilən böyük ehtirama görə dövlətimizə minnətdarlıqlarını bildirib, tezliklə işğal altında olan torpaqlarımızda da Qələbə Gününün qeyd edilməsini arzulayıblar.

Tədbir Culfa Rayon Mədəniyyət Sarayının özfəaliyyət kollektivinin çıxışları ilə davam etdirilib.

Səhhətinə görə bayram tədbirində iştirak edə bilməyən veteranlara hədiyyələr evlərində təqdim olunub.

Şahbuz rayonu

Alman faşizmi üzərində qazanılan tarixi Qələbənin 74-cü ildönümü münasibətilə Şahbuz rayonunda da tədbir keçirilib. Tədbir başlanmazdan əvvəl ictimaiyyət nümayəndələri 1941-1945-ci illər müharibəsində iştirak edən qəhrəman oğulların xatirəsinə yaradılmış Ana Abidə Kompleksinin önünə tər qərənfillər düzüblər. 

“Batabat” şadlıq sarayında davam etdirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəfael Babayev veteranları Qələbə Günü münasibətilə təbrik edib. Bildirib ki, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərin həlli istiqamətində mühüm addımlar atıb. 1941-1945-ci illər müharibə veteranlarını “Azərbaycan xalqının qızıl fondu” adlandıran Ulu Öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May müstəqil respublikamızda “Qələbə Günü” kimi rəsmiləşdirilib, dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında da İkinci Dünya müharibəsi iştirakçılarına və arxa cəbhədə fədakarlıq göstərən əmək adamlarına hərtərəfli qayğı göstərilir. Bu qayğıdan şahbuzlu veteranlara da pay düşüb.

Sonra Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Şahbuz Rayon Təşkilatının sədri Məmməd Bağırov, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Rizvan Məmmədov çıxış edərək veteranları Qələbə günü münasibətilə təbrik ediblər.

Diqqətə çatdırılıb ki, on minlərlə qurban hesabına qazanılan Qələbənin əldə olunmasında şahbuzluların da rolu vardır.

Tədbirdə müharibə veteranı Əli Xəlilov tarixi Qələbənin qazanılmasında Azərbaycanın qəhrəman oğullarının şücaətindən, müharibədə yüzlərlə şahbuzlunun iştirak etməsindən və onların əksəriyyətinin qəhrəmancasına həlak olmasından danışıb.

Sonra veteranlara hədiyyələr təqdim olunub. Tədbir iştirakçıları konsert proqramına baxıblar.

Kəngərli rayonu

Faşizm üzərində tarixi Qələbənin 74-cü ildönümü ilə əlaqədar Kəngərli rayonunda da tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Qıvraq qəsəbəsində 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Çay süfrəsi arxasında davam etdirilən tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov veteranları Qələbənin 74-cü ildönümü münasibətilə təbrik edib. Çıxışda vurğulanıb ki, İkinci Dünya müharibəsi zamanı Naxçıvan Muxtar Respublikasının əhalisi də döyüşlərdə şücaətlə iştirak edib, cəbhə üçün əllərindən gələni əsirgəməyib. Həmin qanlı-qadalı illərdə müharibəyə Kəngərli rayonundan 800 nəfərdən artıq insan göndərilib.

Qeyd edilib ki, dövlətimizin başçısı İlham Əliyevin imzaladığı növbəti sərəncama müvafiq olaraq Kəngərli rayonunda 39 nəfərə birdəfəlik maddi yardım verilməsi müharibə veteranlarına göstərilən ehtiramın ifadəsidir.

Kamal Ələkbərov müharibə veteranlarını bir daha qələbənin 74-cü ildönümü münasibətilə təbrik edib, onlara uzun ömür, cansağlığı arzulayıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Kəngərli Rayon Təşkilatının sədri İsmayıl Hüseynquliyev, rayon Ağsaqqallar Şurasının sədri Nahas Səfərov çıxış edərək veteranlara göstərilən diqqət və qayğıdan danışıblar.

Veteran hərəkatında fəal iştirakına görə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Kəngərli Rayon Təşkilatının sədri İsmayıl Hüseynquliyevə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “30 il” yubiley medalı təqdim edilib.

Rayon Mədəniyyət Şöbəsinin “Kəngər” instrumental ansamblı üzvlərinin və uşaq musiqi məktəbləri kollektivlərinin çıxışları alqışlarla qarşılanıb.

Sonra veteranlara hədiyyələr verilib.

Sədərək rayonu

Alman faşizmi üzərində qazanılan Qələbənin 74-cü ildönümü münasibətilə Sədərək rayonunda keçirilən tədbirdən əvvəl rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, idarə, müəssisə və təşkilatların əməkdaşları Sədərək kəndindəki Şəhidlər xiyabanına gələrək 1941-1945-ci illər və Azərbaycan Vətən Müharibəsi iştirakçılarının əziz xatirəsinə ucaldılan abidələrin önünə və burada uyuyan türk əsgərinin məzarı üzərinə gül dəstələri qoyublar. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Heydərabad qəsəbəsində çay süfrəsi arxasında davam etdirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış edərək bildirib ki, 1941-1945-ci illər müharibəsində Sədərək kəndindən 462 nəfər iştirak edib. Onların 263-ü qəhrəmancasına həlak olub.

İcra hakimiyyətinin başçısı qeyd edib ki, müharibə veteranlarının mənzillərlə, şəxsi minik maşınları ilə təmin edilmələri, onların müalicə olunmaq üçün müxtəlif sanatoriyalara, pansionatlara göndərilmələri, digər problemlərinin həll edilməsi üçün dövlətimiz tərəfindən bütün mümkün tədbirlər həyata keçirilir. Həbib İbrahimov müharibə və arxa cəbhə veteranlarını Qələbənin 74-cü ildönümü münasibətilə təbrik edib.

Veteranlara qiymətli hədiyyələrin təqdim olunduğu tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Sədərək Rayon Təşkilatının sədri Əkbər Kərimov və Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov və Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva çıxış ediblər.

Tədbirin bədii hissəsində rayon Mədəniyyət Şöbəsinin “Qeyrət qalası” instrumental ansamblı üzvlərinin ifasında səsləndirilən mahnılar, nümayiş olunan ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib