MƏDƏNİYYƏT
Qətərdə Azərbaycan muğam gecəsi keçirilib VİDEO
Bakı, 21 may, AZƏRTAC
Qətərin paytaxtı Dohada “Azərbaycan muğam gecəsi” adlı konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qətərdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə və Respublika Gününə həsr edilib. Tədbirdə diplomatik korpusun nümayəndələri, diaspor üzvləri, media iştirak edib.
Gecədə Azərbaycan muğamı və ölkədə bu musiqi janrının inkişafı ilə bağlı videoçarx nümayiş etdirilib. Tədbirdə Xalq artistləri Mələkxanım Əyyubova, Möhlət Müslümov, Elnur Əliyev, Oqtay Şərifov və Əhməd Əhmədov Azərbaycan muğamları və milli musiqilərini ifa ediblər.
Tədbir çərçivəsində həmçinin Azərbaycan sənətkarlıq nümunələri nümayiş etdirilib.