MƏDƏNİYYƏT


“Qəzəllər” layihəsi çərçivəsində növbəti konsert Nəsimi yaradıcılığına həsr ediləcək

Bakı, 11 mart, AZƏRTAC

Martın 27-də Beynəlxalq Muğam Mərkəzində “Qəzəllər” layihəsi çərçivəsində növbəti konsert İmadəddin Nəsimi yaradıcılığına həsr ediləcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konsertdə Əməkdar artistlər Ehtiram Hüseynov, Səbuhi İbayev və Babək Niftəliyev şairin qəzəlləri üstə “Zabul segah” dəstgahını ifa edəcəklər. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov müşayiət edəcək.

Qeyd edək ki, Muğam Mərkəzinin “Qəzəllər” layihəsinin hər təqdimatında tanınmış və gənc xanəndələrin ifasında tamaşaçılara qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış dahi Azərbaycan klassik şairlərinin əsərləri təqdim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.