DÜNYA
Qırğızıstanın yeni Prezidentinin andiçmə mərasimi olub
Bişkek, 24 noyabr, АZƏRTAC
Bişkekdəki “Ala-Arça” dövlət iqamətgahında Qırğızıstanın yeni seçilmiş Prezidenti Sooronbay Jeenbekovun andiçmə mərasimi keçirilib. Yeni Prezident əlini Konstitusiyanın üzərinə qoyaraq and içib. Bununla da o, dövlət başçısı vəzifəsinin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə hökumətin və parlamentin üzvləri, mədəniyyət və incəsənət xadimləri, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər iştirak ediblər.
Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şaydabekova yeni Prezidenti təbrik edərək ona prezident vəsiqəsini, döş nişanını və ştandartı təqdim edib.
Qeyd edək ki, Qırğızıstanda prezident 6 il müddətinə bir dəfə seçilir. O, həmçinin silahlı qüvvələrin Ali Baş Komandanıdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]
Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb
- 10.05.2024 [13:26]
Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər
- 10.05.2024 [12:55]