REGİONLAR
Qobustan heyvandarları ötən ili uğurla başa vurublar
Qobustan, 13 yanvar, AZƏRTAC
Qobustan rayonunda əhalinin əsas məşğuliyyət sahələrindən olan heyvandarlıqda son illər intensiv inkişaf davam edir və təsadüfi deyil ki, yola saldığımız 2019-cu ildə də bu sahədə uğurlu nəticələr qazanılıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, keçən il təkcə diri çəkidə 6090,4 ton ət, 20758 ton süd istehsal olunub. 2018-ci illə müqayisədə ət istehsalı 89 ton, süd istehsalı isə 439 ton artıb. Yumurta və yun istehsalında da nəticələr uğurludur. Belə ki, yumurta 145 min ədəd çoxalaraq 8 milyon 710 min ədədə, yun istehsalı isə 2 ton artaraq 368,8 tona çatıb.
Rayonun əksər ərazilərində, xüsusilə Şıxzahırlı, Ərəbqədim, Təklə, Ərəbşalbaş və bir sıra digər ərazi dairələrində heyvandarlar daha uğurlu nəticələrə nail olublar.