MƏDƏNİYYƏT


Qroznıda Müslüm Maqomayevin xatirəsinə beynəlxalq müsabiqə keçiriləcək

Bakı, 15 avqust, AZƏRTAC

Avqustun 15-dən 17-dək Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “Orfey 2019” beynəlxalq müsabiqə keçiriləcək.

AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Çeçenistanın Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, festivalın keçirilməsində məqsəd Maqomayevin yaradıcılığının təbliğ olunmasıdır. Müsabiqə yalnız “solo ifa” nominasiyası üzrə keçiriləcək. Yarışma 18-22, 23-27, 28-35 yaş kateqoriyaları arasında təşkil olunacaq. Müsabiqədə ikinci tura adlayacaq iştirakçılar Qran-Pri mükafatı uğrunda yarışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.