REGİONLAR
Qubada çayı keçmək istəyən “Niva” və “UAZ” markalı maşınları sel aparıb VİDEO
Quba, 11 may, Elxan Yusifli, AZƏRTAC
Qubada çayı keçmək istəyən iki avtomobili sel aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vəlvələçayı keçmək istəyən “Niva” və “UAZ” markalı avtomobillər suyun altında qalıb. Ucqar dağ kəndlərindən olan Yerfidə qeydə alınan hadisə zamanı avtomobillərdə olanlar xəsarət almayıb. Nəqliyyat vasitələri suyun altından çıxarılsa da, yararsız vəziyyətə düşüb.
Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, son günlərdə yağan güclü yağış və çaylarda suyun artması nəticəsində rayonun 3 müxtəlif yaşayış məntəqəsində çaylar üzərindəki kəndlərarası körpüləri də sel uçurub.
Müvafiq qurumların nümayəndələri ərazilərdə olub, dəyən ziyanın aradan qaldırılması və körpülərin təmiri istiqamətində işlər aparılır.