REGİONLAR
Qubada köməksiz vəziyyətdə tapılan şəxsin yaxınları axtarılır VİDEO
Quba, 9 avqust, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunda köməksiz vəziyyətdə tapılan şəxsin yaxınları axtarılır.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları gecə saatlarında rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan şəxsə rast gəliblər. Həmin şəxsin üzərində heç bir sənəd olmadığından və özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu Quba Rayon Polis Şöbəsinə gətiriblər.
Tapılan şəxsin boyu 175 santimetrdir, arıq bədən quruluşlu və qısa saçlıdır, gözlərinin rəngi yaşıldır. Nitq qüsurludur, özü və yaxınları haqqında heç bir məlumat verə bilmir. Tapılan zaman onun əynində qara köynək, tünd göy şalvar və qara ayaqqabı olub.
Həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur. Əlaqə telefonları: (023) 335-35-11 və 335-43-02.