MƏDƏNİYYƏT


RƏSSAMIN FƏRDİ SƏRGİSİ AÇILMIŞDIR

AZƏRTAC-ın verdiyi xəbərə görə, Azərbaycan Miniatür Mərkəzində mərhum rəssam Gülağa Rzayevin əsərlərindən ibarət ilk fərdi sərgi açılmışdır.

Əsərlərinin bir çoxu Müstəqil Dövlətlər Birliyi ölkələrində, Türkiyədə, Almaniyada, ABŞ-da şəxsi kolleksiyaları bəzəyən tanınmış fırça ustasının sərgidə rəngkarlıq janrında 40-dan artıq işi göstərilir. Abşeronun təbiət mənzərələrinin və İçərişəhərin müxtəlif guşələrinin yüksək sənətkarlıqla əks olunduğu, özünəməxsusluğu ilə seçilən əsərlər tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Rəssamlar ittifaqının katibi Ağəli İbrahimov, rəssam Ənvər Qarayev və başqaları açılış mərasimində rəssamın sənətini yüksək qiymətləndirmiş, sərgi münasibətilə onun ailə üzvlərini təbrik etmişlər.

Rəna Rzayeva həyat yoldaşının sənətinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.

Sərgi fevralın 3-dək davam edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.