DÜNYA
RUSİYA-TÜRKİYƏ İŞGÜZAR ŞURASI YARADILIR
Y.Primakov bildirmişdir ki, Rusiya-Türkiyə İşgüzar Şurasının yaradılmasından məqsəd iqtisadi sahədə əməkdaşlığın mexanizmini müəyyənləşdirməkdir. Elə bir mexanizm ki o, biznes sahəsində işgüzar əlaqələri asanlaşdıracaq və hər iki dövlətin iqtisadiyyatına sərmayə qoyulması üçün əlverişli şərait yaradacaqdır. Y.Primakov vurğulamışdır ki, Türkiyə Rusiyanın çox mühüm ticarət-iqtisadi tərəfdaşıdır.
Türkiyə biznesinin nümayəndələri çıxışlarında bildirmişlər ki, Rusiya da Türkiyə üçün çox mühüm ticarət-iqtisadi tərəfdaşdır və hər iki ölkədə biznesin normal fəaliyyəti üçün əllərindən gələni əsirgəməyəcəklər.
Oktyabrın ortalarında artıq Rusiya-Türkiyə İşgüzar Şurasının özünün təsis iclasını keçirmək qərara alınmışdır.
Rusiya Ticarət-Sənaye Palatasının ictimai əlaqələr və informasiya mərkəzinin direktoru, əvvəllər Rusiyanın Türkiyədə səfiri işləmiş Aleksandr Lebedev Şuranın yaradılması üzrə işin əlaqələndiricisi seçilmişdir.