SİYASƏT
Ramin Rzayev: Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün qoyduğu zəngin miraslardan biri də multikulturalizmdir

Bakı, 1 iyun, AZƏRTAC
Ümummilli Lider Azərbaycan üçün zəngin miras qoyub. Bu miraslardan biri də multikulturalizm və tolerantlıqdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının iştirakçı dövlətlərində Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutu (MDB PA DİMBİ) Bakı filialının direktoru Ramin Rzayev iyunun 1-də Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirib.
Ramin Rzayev diqqətə çatdırıb ki, beynəlxalq konfransın təşkilində məqsəd Azərbaycanda multikulturalizm ənənələrinin formalaşması və qorunmasında Ulu Öndər Heydər Əliyevin çoxşaxəli xidmətlərinin dərindən öyrənilməsi və təbliğidir.