SİYASƏT


Rayvis Raqaynis: Ağdamda gördüklərim məni dərindən sarsıtdı

Bakı, 7 oktyabr, AZƏRTAC

Biz Latviyanın Yekabpils ilə Bakının Suraxanı rayonu arasında qarşılıqlı əməkdaşlıq həyata keçirir, birgə layihələr icra edir, Azərbaycan və Latviyanın milli ənənələrini və mədəni irsini təbliğ edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ağdamda və Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçısı, Latviyanın Yekabpils şəhərinin meri Rayvis Raqaynis söyləyib.

O, Ağdama səfərindən aldığı təəssüratlarını bölüşərək deyib: “Biz yer üzündən silinən Ağdam şəhərini gördük. Bu mənzərə məni dərindən sarsıtdı. Buna baxmayaraq, mən işğaldan azad edilmiş ərazilərdə aparılan işlərin şahidi oldum. Azərbaycan Milli Şəhərsalma Forumuna gəlincə, bu tədbir çox yüksək səviyyədə təşkil olunub. Forumda xeyli maraqlı çıxışlar oldu, təkliflər irəli sürüldü, müxtəlif layihələr müzakirə edildi”.

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanovun bu yaxınlarda Yekabpils şəhərinə səfərini qeyd edən Rayvis Raqaynis vurğulayıb ki, azərbaycanlı diplomat bir neçə müəssisə ilə tanış olub, eləcə də ölkələrimiz arasında iqtisadi əlaqələr müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.