DÜNYA


Rəcəb Tayyib Ərdoğan: Bu il yalnız COVID-19-la deyil, İslam düşmənçiliyi virusu ilə də mübarizə aparmağa məcbur olduq

İstanbul, 28 noyabr, AZƏRTAC

Bu il yalnız COVID-19-la deyil, ondan daha sürətlə yayılan İslam düşmənçiliyi virusu ilə də mübarizə aparmağa məcbur olduq. Uzun illər demokratiyanın beşiyi olaraq qiymətləndirilən ölkələrdə irqçilik, ayrı-seçkilik artıq özünü açıq şəkildə göstərir.

Türkiyə olaraq Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyaya qədər İslam coğrafiyasının fərqli yerlərində yaşanan çətinliklərə bu anlayışla baxırıq. Zalımlar qarşısında dik dayanır, kimliyindən asılı olmayaraq məzlumun əlindən tuturuq. Terror təşkilatları ilə amansız mübarizə apararaq, bizim üçün müqəddəs olana qarşı həddini bilməyənlər qarşısında reaksiyamızı göstərməkdən çəkinmirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Müsəlman Cəmiyyətinin XXIII illik Konqresində videokonfrans formatında çıxışında ifadə edib.

Türkiyə Prezidenti deyib: “Əsrlər boyu fərqli mədəniyyətlərə və inanclara ev sahibliyi edən bir ölkə olaraq etnik və məzhəb əsaslı qarşıdurmaların qarşısını almağa çalışırıq. Xüsusilə dini azadlıq mövzusunda bütün insanlığa nümunə olacaq ədalətli və inamlı bir siyasət yürüdürük”.

Bu il insanlığın koronavirusla mübarizə apardığını vurğulayan Prezident Ərdoğan bildirib: “İndiyədək təxminən 1,5 milyon insanın həyatını itirməsinə səbəb olan pandemiya sürətlə yayılmağa davam edir. Pandemiya dövründə 156 ölkə və 9 beynəlxalq təşkilata tibbi yardım göstərmişik. Pandemiya bizə, sadəcə, acizliyimizi deyil, heç bir dinə, dilə, irqə və ölkəyə fərq qoymadan bütün insanlığın taleyinin ortaq olduğunu da xatırlatdı”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.