ELM VƏ TƏHSİL


Rektor Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvləri ilə görüşüb

Bakı, 8 fevral, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Tələbə Gənclər Təşkilatının (TGT) idarə heyətinin üzvləri ilə görüşüb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor TGT-nin “İlin Tələbə Gənclər Təşkilatı” seçilməsi münasibətilə təşkilat üzvlərini təbrik edib. Bildirib ki, bu uğur təşkilatın hər bir üzvünün əməyinə verilən qiymətdir. Bu həm də təşkilat üzvlərinin komanda şəklində işləmə bacarığının olmasına bariz nümunədir.

Daha sonra rektor TGT-nin idarə heyətinin hər bir üzvü ilə yaxından tanış olub, onların dərsləri ilə maraqlanıb, həmçinin təkliflərini dinləyib.

TGT-nin sədri Eyvaz Məhəmmədli son bir ildə təşkilatın gördüyü işlər, hədəflər və gözləntilər haqqında rektora məlumat verib.

Görüşdə təşkilatın həyata keçirəcəyi yeni layihələr barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.