CƏMİYYƏT


Respublika Seysmoloji Xidmət Mərkəzi sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçib

Bakı, 13 oktyabr, AZƏRTAC 

Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar-20-ci sahə yolundakı sürüşmə təhlükəsinin artması ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) həmin ərazidə tədqiqat işlərini genişləndirib.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, AMEA nəzdində RSXM-in baş direktoru, akademiyanın müxbir üzvü Qurban Yetirmişlinin göstərişi ilə mərkəzin çöl ekspedisiyasında olan ayrı-ayrı şöbələrinin əməkdaşları geri çağırılaraq, sürüşmə ərazisində aparılan tədqiqat işlərinə cəlb olunublar.

Hazırda RSXM-in əməkdaşları ərazidə gücləndirilmiş iş rejimində işləyirlər.

Xatırladaq ki, oktyabrın 11-dən başlayaraq mərkəz tərəfindən sürüşmə ərazisində bir neçə istiqamətdə kompleks tədqiqatlar aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.