MƏDƏNİYYƏT
Rəssam Rizvan İsmayılın “44 pilləli qələbə əsəri” Azərbaycanın parlaq qələbəsinə həsr olunub
Tbilisi, 16 may, AZƏRTAC
Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycanın 44 günlük Qələbəsinə, işğaldan azad olunmuş ərazilərin bərpasına, eləcə də təbliğinə öz töhfələrini verirlər.
AZƏRTAC xəbər verir ki, belə soydaşlarımızdan biri də görkəmli fırça ustası, əsərləri dünyanın bir neçə ölkəsində nümayiş etdirilən rəssam Rizvan İsmayıldır. Rəssamın əl işləri arasında Azərbaycana, onun əsrarəngiz təbiətinə həsr olunmuş çoxlu əsərlər var.
Rəssam özünün feysbuk səhifəsində yazır: “2022-ci il “Şuşa İli” elan olunub. Bir sənət adamı kimi, bizim də fırça, palitramız-kətanımızla iştirakımız vacibdir”.
Onun Əbcədizm üslubunda işlənmiş əsəri “44 pilləli qələbə” adlanır. Kətan üzərində yağlı boya ilə hazırlanmış sənət əsərində qələbəyə aparan yol, qələbənin təmin olunmasındakı əzmkarlıq, eləcə də vətənpərvərlik əksini tapıb.
Əsərdə parçalanmış narın dənələri və xarıbülbül də təsvir olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi