Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Rusiya telekanalında “Azərbaycan. Odlar yurduna səyahət” adlı film yayımlanıb VİDEO

Bakı, 16 yanvar, AZƏRTAC

Geniş tamaşaçı auditoriyası olan və üç dildə yayımlanan “Russian Travel Guide” (RTG TV) beynəlxalq maarifləndirici telekanalda “Azərbaycan. Odlar yurduna səyahət” adlı film nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin tarix, mədəniyyət, incəsənət, turizm imkanlarının əks olunduğu proqramları təqdim edən RTG TV-də Azərbaycan haqqında mütəmadi olaraq filmlər göstərilir. Nümayiş etdirilən bu filmdə tamaşaçılar unikal təbiətimiz, qədim tariximiz, ölkəmizin turizm potensialı ilə tanış olurlar.

“Möhtəşəm Qafqaz dağları, geniş düzənliklər, başı dumanlı təpələr və Xəzər dənizinin sonsuz səthi. Azərbaycan Şərq və Qərb ənənələrinin və mədəniyyətlərinin cəmləşdiyi məkandır. Ölkənin hər bir şəhər və kəndinin tarixi minilliklərə gedib çıxır”. İqor Maksimenkonun müəllifi olduğu film məhz bu sözlərlə başlayır.

Azərbaycanın hər bir qarışı gəzməli və görməlidir deyən müəllif 4 hissəli filmində tamaşaçılara şahidi olduğu ən gözəl turistik marşrutları təqdim edir. Ölkəmizin dünya xəritəsində coğrafi mövqeyindən danışılır, qədim tariximizə nəzər salınır. Bildirilir ki, alov hələ qədim zamandan Azərbaycanın rəmzinə çevrilib. Yanardağda olan müəllif qeyd edir ki, Abşeronun böyük bir hissəsində alovun yerdən çıxmasının şahidi olursan. Turistlərin Odlar yurduna marağı da ilbəil artır.

İzləyicilər Bakının Suraxanı qəsəbəsindəki Atəşgah haqqında da məlumat əldə edirlər. Bildirilir ki, XVII əsrə aid məbəd UNESCO-nun qeyri maddi-mənəvi irs siyahısına salınıb. Abşeron ərazisində olan Mərdəkan qalasının yaranma tarixi və təyinatı, eləcə də açıq səma altında yerləşən “Qala” Dövlət Tarix Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında dolğun məlumat verən İqor Maksimenko səyahətini Qobustanda davam etdirir. Müəllif arxeoloji qoruq haqqında danışaraq qeyd edir ki, vaxtilə Xəzər dənizinin suları altında olan bu ərazi baş verən təbii proseslər səbəbindən görkəmini dəyişir. Aşkar edilən 10 mindən çox qayaüstü təsvirlər isə bura gələn turistlərin marağına səbəb olur. Qədim insan məskəni sayılan bu ərazidə muzeyin yaradıldığını deyən müəllif vurğulayır ki, bura üz tutanlar mütləq şəkildə qədim eraya səyahət etmək imkanı əldə edəcəklər.

Azərbaycanda dünyanın üçdəbir palçıq vulkanı cəmləşib. Gördüyümüz mənzərə sanki yad bir planetdir. Mavi səma fonunda palçıq püskürən vulkanların konusları fantastik filmlərdəki kadrları xatırladır.

Ölkəmiz haqda filmin 2-ci hissəsində qeyd olunur ki, Odlar yurdunda xeyli sayda faydalı qazıntı da çıxarılır. Onların sırasında Azərbaycanın qərbində əldə edilən Naftalan neftini vurğulamaq olar. Eyniadlı şəhərdən söhbət açan müəllif burada hətta müalicə sanatoriyaların fəaliyyət göstərdiyini də deyir. Naftalan neftinin müalicəvi xüsusiyyətlərini öz üzərində hiss etmək istəyən minlərlə turist istirahət məkanlarına üz tutur.

“Russian Travel Guide” telekanalının əməkdaşı səyahətini Şamaxı-İsmayıllı-Qəbələ və Şəki marşrutu ilə davam etdirir. Qədim və zəngin tarixi keçmişə malik Şamaxıya üz tutan İqor Maksimenko Mərəzə yaxınlığındakı Diri baba türbəsi haqqında məlumatları bölüşür. Şirvan memarlıq məktəbinə aid tikilinin dağ üzərində inşa edilən unikal abidə olduğunu vurğulayır. Yeddi günbəz kompleksindən danışan müəllif Şamaxı xanlığı barədə izləyicilərə məlumat verir. Yaxın Şərqin ən qədim müsəlman memarlıq abidəsi sayılan Şamaxı Cümə Məscidi isə izləyicilərə bütün əzəməti və gözəlliyi ilə təqdim olunur. Vurğulanır ki, 1902-ci ildə güclü zəlzələ nəticəsində tamamilə dağılan məscid illər sonra yenidən tikilib. Ölkə rəhbərliyinin qayğısı sayəsində mərkəz əsaslı təmir olunaraq yeni əzəmətli görkəmi ilə ziyarətçilərin ixtiyarına verildi.

Şimal-Qərb marşrutu üzrə səyahət edən İqor Maksimenko qədim Lahıcda da olur. V əsrə aid bu tarixi məkan qoruq elan olunaraq hər il yerli və xarici turistləri cəlb edir. Filmin Qəbələyə məxsus hissəsində burada xeyli sayda qədim tarixə malik əsrarəngiz məkanların olduğunu deyən müəllif buradakı türbələrdən söz açır.

Tolerantlıq məkanı sayılan Azərbaycanda bütün dinlərin nümayəndələri sülh və mehriban şəraitdə yaşayırlar. Buna nümunə kimi filmdə orta əsrlər Albaniyasına aid udin kilsəsi göstərilir. Vurğulanır ki, Nic qəsəbəsində yaşayan qədim albanların bu etnik qrupunun öz mədəniyyəti, adət-ənənələri və dili var. Yelisey-Çotari kilsəsi isə dövlət tərəfindən bərpa edilərək udinlərin ixtiyarına verilib.

50 dəqiqəlik filmin sonuncu hissəsi müəllifin Şəkiyə səyahəti ilə yekunlaşır. Şərqin möhtəşəm şəhərlərindən olan Şəki eyniadlı xanlığın paytaxtıdır. Çox sayda tarixi abidələrin cəmləşdiyi şəhəri İqor Maksimenko açıq səma altında böyük bir muzeyə bənzədir. Müəllif xüsusilə Aşağı və Yuxarı Karvansaray, onun yaranması, tarixi və təyinatı haqda məlumat verir. Şəki Xan sarayının əzəmətindən söz açır və onu Azərbaycanın orta əsrlər memarlığının incisi adlandırır.

Rusiya telekanalında “Azərbaycan. Odlar yurduna səyahət” adlı film yayımlanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub