DÜNYA
Rusiyada Ermənistandan gətirilən 900 ədəd gerber gülü məhv edilib
Bakı, 31 oktyabr, AZƏRTAC
Rusiya Federasiyasının (RF) Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Omsk şöbəsinin əməkdaşları Ermənistandan gətirilən böyük miqdarda gerber güllərini məhv ediblər.
AZƏRTAC Xidmətin internet saytına istinadla xəbər verir ki, oktyabrın 29-da Omsk vilayətində yük avtomobili ilə Ermənistandan gətirilən 900 ədəd gerber gülündə təhlükəli orqanizm - qərbi Kaliforniya gül tripsi (Frankliniella occidentalis Perg.) aşkar edilib. RF Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Omsk şöbəsinin keçirdiyi entomoloji ekspertizanın nəticələrinə dair arayış erməni sahibkara təqdim olunub və güllər yandırılaraq məhv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]