CƏMİYYƏT


Rusiyada qrip və kəskin respiratorlu virus infeksiyası səbəbindən məktəb və uşaq bağçaları bağlanılıb

Bakı, 5 fevral, AZƏRTAC

Rusiyada qrip və kəskin respiratorlu virus infeksiyası (KRVİ) səbəbindən 2500-dən çox məktəb və 816 uşaq bağçası bağlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə RİA Novostiyə “Rospotrebnadzor”un rəhbəri Anna Popova bildirib.

Daha əvvəl Popova xəbər vermişdi ki, epidemiya prosesinə məktəb və uşaq bağçalarından olan 3-6 və 7-14 yaş qrupundakı uşaqlar daha fəal şəkildə cəlb edilib.

“İndi biz məktəblərdə və uşaq bağçalarında uşaqları ev şəraitində təhsilə keçirməklə epidemiya prosesinin dayandırılmasını davam etdiririk. Hazırda RF-nin 58 subyektində 2694 məktəb və 816 məktəbəqədər uşaq müəssisəsi bağlanılıb”, - deyə A.Popova bildirib. Onun sözlərinə görə, bu tədbir daha effektlidir və uşaqlara sağlamlıqlarını qorumaqla yanaşı, təhsillərini davam etdirməyə şərait yaradacaq.

“Uşaq bağçalarında və məktəblərdə davamlılıq 20 faizi keçərsə bu qərar məktəb və təhsil sisteminin rəhbərləri tərəfindən qəbul edilir. Digər epidemioloji səbəblər baş verdiyi halda artıq bu qərarı “Rospotrebnadzor” verir”, - deyə A.Popova izah edib.

Rusiyada aparılan peyvənd kampaniyasına gəlincə, bu, Səhiyyə Nazirliyinin gözlədiklərindən daha artıq olub. Ölkə vətəndaşlarının təxminən yarısı – 70,8 milyon nəfər, o cümlədən 63 faiz uşaq inyeksiya edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.