MƏDƏNİYYƏT


Rusiyalı rəssamların əsərləri hərraca çıxarılır

Bakı, 10 aprel, AZƏRTAC

Rusiyalı rəssamlar Konstantin Makovski, İvan Şişkin və Aleksandr Deinekanın rəsm əsərləri İngiltərənin paytaxtında keçiriləcək hərracda satışa çıxarılacaq.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Konstantin Makovskinin “Uzanmış çılpaq qadın” əsəri hərracda 300 min funtsterlinq dəyərində qiymətləndirilib.

İvan Şişkinin “Siverskaya” və Aleksandr Deinekanın “Floks gülləri natürmortu” adlı əsərlərinin ilkin dəyəri də təxminən belədir.

Çox ciddi və maraqlı keçəcək hərracda 150 şəkil və 300 dekorativ-tətbiqi sənət nümunəsi satışa çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.