MƏDƏNİYYƏT
“SABAHA SAÇILAN NUR” KİTABININ TƏQDİMATI
Tədbir əməkdar artist Ağadadaş Ağayevin ifasında ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş mahnı ilə açılmışdır. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin fəaliyyətindən bəhs olunan kitabın təqdimat mərasimində çıxış edən akademik Ziyad Səmədzadə, “Azərsun Holdinq” Şirkətlər Qrupunun baş direktoru Əhməd Yeman, Azərbaycan Prezidenti İcra Aparatının sektor müdiri Qafar Əliyev, Milli Məclisin deputatı Elton Məmmədov, Mətbuat Şurası sədrinin müavini Qulu Məhərrəmli, politoloq Rövşən Novruzoğlu ulu öndər Heydər Əliyevin titanik fəaliyyətindən, milli-mənəvi dəyərlərimizin bərpası və inkişafı yolunda misilsiz səylərindən, müdrik daxili və xarici siyasətinin uğurlu nəticələrindən danışmışlar.
Müəlliflər adından çıxış edən Mirvari Rəhimzadə kitabın nəfis şəkildə buraxılmasına köməyinə görə “Azərsun Holdinq” Şirkətlər Qrupunun rəhbərliyinə təşəkkürünü bildirmişdir.