SƏRGİDƏ 200-DƏN ÇOX ƏL İŞİ NÜMAYİŞ ETDİRİLİR
AzerTAg.az
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyinin Səttar Bəhlulzadə adına sərgi salonunda Uşaqları Beynəlxalq Müdafiə gününə həsr olunmuş sərgi açılmışdır.
Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşkilatçılığı ilə keçirilən sərgidə 40-a yaxın uşaq və yeniyetmənin boyakarlıq, dekorativ-tətbiqi sənət janrlarında və sulu boya ilə çəkilmiş 200-dən artıq əl işi nümayiş etdirilir.
Sərgidə gələcəkdə Azərbaycan təsviri sənət ənənələrinin layiqincə davam etdiriləcəyinə böyük ümidlər verən əsərlərin nümayiş olunduğunu vurğulayan natiqlər dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan ətraflı danışmışlar.
Tədbirdə Azərbaycan Dövlət uşaq filarmoniyasının rəqs qrupu və Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri Azərbaycan rəqslərini ifa etmişlər.
Xəbərin mətnində orfoqrafik səhv var