SUMQAYITDA ÜÇ ƏKİZ UŞAQ DOĞULMUŞDUR

Sumqayıtdakı 2 nömrəli doğum evində üç əkiz uşaq dünyaya gəlmişdir.

İki uşağı olan laçınlı məcburi köçkünlərin - Vəliyevlərin ailəsinin üzvlərinin sayı iki oğlan və bir qız hesabına artmışdır.

Doğum evinin baş həkimi, tibb elmləri namizədi Mədinə Məmmədova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, çəkisi müvafiq surətdə 2, 1,7 və 1,5 kiloqram olan körpələr özlərini normal hiss edirlər. Onlar vaxtından əvvəl doğulduqlarına görə, hələ qırx gün mütəxəssislərin nəzarəti altında olmalıdırlar.

M.Məmmədovanın sözlərinə görə, doğum evinin tarixində ikinci dəfədir ki, üç əkiz uşaq dünyaya göz açır. Maraqlıdır ki, 1997-ci ildə də üç əkiz uşaq laçınlı məcburi köçkünlərin ailəsində doğulmuşdu. Bütövlükdə isə, ilin əvvəlindən bəri şəhərdə doğum hissediləcək dərəcədə artmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.