REGİONLAR


Salyanın Kürsəngi kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri başa çatıb

Salyan, 14 yanvar, Mahir Babayev, AZƏRTAC

Salyan rayonunun Kürsəngi kənd tam orta məktəbində aparılan təmir işləri başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 40 il bundan əvvəl tikilib istifadəyə verilən 624 yerlik şagird yerlik məktəb binası müasir tələblərə uyğun gəlmədiyindən təhsilin yüksək səviyyədə təşkilində müəyyən çətinliklər yaranırdı. Bu isə təhsil islahatı ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə mənfi təsir göstərirdi. Təhsil ocağında yaranmış çətinlik nəzərə alınaraq, məktəbdə təmir işlərinə başlanılıb.

Təmir zamanı məktəb binasının su, qaz, elektrik xətləri, dam örtüyü, qapı, pəncərələri və döşəməsi yenilənib, isitmə sistemi qurulub, sinif otaqları, fənn kabinələri, kitabxana, idman və akt zalları demək olar ki, yenidən tikilib. Hazırda təhsil ocağında yeni avadanlıq və inventarlar quraşdırılır, sinif otaqları, fənn kabinələri əyani və texniki vasitələrlə təmin olunur. Məktəb binası yaxın günlərdə müəllim və şagirdlərin istifadəsinə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.