REGİONLAR
Samuxda 2760 hektar sahədə təkrar əkin aparılıb
Samux, 9 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Samux rayonunda sahələrdən 19617 ton meyvə və giləmeyvə, 10561 ton üzüm yığılıb. 2760 hektar sahədə təkrar əkin aparılıb, 13281 hektar sahədə şum qaldırılıb.
Rayonun Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 11165 hektar sahədə payızlıq taxıl səpini aparılıb ki, bunun da 6052 hektarı buğda, 4377 hektarı arpa, 736 hektarı isə xəsil olub.
Ümumiyyətlə, bu il Samux rayonunda 10860 hektar taxıl sahəsindən 43462 ton (2021-ci ildə 38577 ton) taxıl istehsal edilib.
Cari ilin məhsulu üçün 4786,5 hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Təsərrüfatlarda 1931 ton kartof, 15789 ton tərəvəz, 3177 ton bostan, 5701 ton günəbaxan, 10540 ton qarğıdalı, 547 ton paxlalılar, 69098 ton yem bitkiləri istehsal olunub.