CƏMİYYƏT
“Sbornaya Baku” komandası Beynəlxalq ŞHK İttifaqının ali liqasının dörddəbir final mərhələsinə vəsiqə alıb VİDEO
Bakı, 27 mart, AZƏRTAC
“Sbornaya Baku” komandası Beynəlxalq ŞHK İttifaqının ali liqasının dörddəbir final mərhələsinə vəsiqə alaraq bütün Azərbaycanı sevindirib.
“Sbornaya Baku”nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə 1/8 final oyunları Rusiyanın Birinci kanalının efirində göstərilib. Komandamızın salamlama çıxışı, Harri Potterin macəraları ilə müşayiət olunan musiqili fristayl tamaşaçıların yadında qalan epizodlar olub.
Oyunun münsiflər heyətinə Yekaterina Strijenova, Konstantin Ernst, Konstantin Lavronenko, Valdis Pelş, Mixail Qalistyan və Yuli Qusman daxil idi. Maraqlıdır ki, bütün oyun ərzində Strijenova bizim komandaya yalnız ən yüksək (5 ballıq) qiymətlər, Qalustyan isə yalnız 4 ballıq qiymətlər verib.
Beləliklə, Azərbaycan yığması Beynəlxalq ŞHK İttifaqının elit liqasında zəfər yürüşünü davam etdirəcək.