ELM VƏ TƏHSİL


Şəhidlərin xatirəsi həmişə uca tutulur

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Kooperasiya Universitetində (AKU) 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Faciənin dəhşətlərini əks etdirən videoçarx nümayiş olunub.

Sonra universitetin tədris işləri üzrə prorektoru Fikrət Quliyev çıxış edərək 20 Yanvar faciəsindən danışıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.

AKU-nun kafedra müdiri, professor Vilayət Əliyev, Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, tələbə Sədayə Ağalarova azadlıq və müstəqillik yolunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin həmişə uca tutulduğunu vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.