CƏMİYYƏT
Səhiyyə Nazirliyi: Yanğın zamanı xəsarət alanlardan daha üç nəfər evə buraxılıb
Bakı, 6 mart, AZƏRTAC
Martın 5-də Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğın nəticəsində xəsarət alan və Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində müalicə alan xəstələrdən daha üç nəfəri evə buraxılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda xəstəxanada hadisə nəticəsində xəsarət alanlardan 2 nəfər müalicə olunur. Həkimlər həmin xəstələrin müalicə kursu sabah başa çatandan sonra onları evə buraxmağı düşünürlər.
Qeyd edək ki, yanğın nəticəsində 22 nəfər Bakı şəhər Təcili Tibbi Yardım Stansiyası tərəfindən Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə aparılıb. Onların hamısına ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.