CƏMİYYƏT


Səhiyyə Nazirliyi iyul ayı ərzində sosial şəbəkələrdən 791 vətəndaş müraciətini cavablandırıb

Bakı, 3 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələrdən cari ilin iyul ayı ərzində 791 vətəndaş müraciəti cavablandırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlərdən 513-ü birbaşa cavablandırıldığı halda, 198-i yönləndirilib.

Məlumata əsasən, nazirliyə sosial şəbəkələrdən daxil olan müraciətlərdən 80-i “əsassız müraciət” kimi dəyərləndirilib.

Qeyd edək ki, vətəndaşlar sualları ilə bağlı Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidməti (9103) ilə də əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.