CƏMİYYƏT


Şəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Bakı, 15 aprel, AZƏRTAC

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəhər sakini, 53 yaşlı Tehran Nəzərov şübhəli şəxs qismində saxlanılıb. Keçirilmiş tədbirlərin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan 12 ədəd kağız bükümdə 0,297 qram narkotik vasitə hesab edilən heroin, içərisində heroin qalıqları olan 4 şpris və sellofan torbada ümumi təmiz çəkisi 380 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.