CƏMİYYƏT


Sentyabrda ölkəmizin 20-dən çox rayonunda əmək yarmarkası keçiriləcək

Bakı, 1 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bölgələrdə əmək yarmarkalarının təşkili işlərini davam etdirir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sentyabr ayı ərzində 20-dən çox rayonda (Goranboy, Qobustan, Cəlilabad, Qusar, Ucar, Lerik, Biləsuvar, Bərdə, Astara, Ağcabədi, Şabran, Zaqatala, Balakən, Salyan, Ağdam, Beyləqan, Ağdaş, Tovuz, Yardımlı və s.) əmək yarmarkalarının keçirilməsi planlaşdırılıb.

Yarmarkalarda həmin rayonlar üzrə boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək, onlara seçimlərinə və əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək.

Həmin tədbirlər zamanı ödənişli ictimai işlərə cəlb olunmaq və əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilmək istəyənlər qeydiyyata götürüləcək.

Əmək yarmarkalarında vakant iş yeri təqdim edilən müəssisələrin nümayəndələri də iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.