REGİONLAR


“Şərur” komandası birincilikdə qalib gəlib

Naxçıvan, 26 yanvar, AZƏRTAC

Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində ümumtəhsil məktəblərinin stolüstü tennis klubları arasında muxtar respublika birinciliyinin final mərhələsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məqsəd bədən tərbiyəsi və idmanın məktəblilər arasında kütləviliyini daha da artırmaq, məktəblərdə bu idman növünün inkişafını təmin etmək və onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyi tərəfindən birgə təşkil olunan yarışda ilk mərhələni uğurla tamamlayan 7 komanda (2 qız, 2 oğlan) iştirak edib. Qalib olimpiya sisteminə əsasən müəyyənləşib. Belə ki, “Şərur” birinciliyin qalibi olub. “Sədərək” və “Kəngərli” komandaları müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda qərarlaşıblar.

İlk üçlükdəki komandalar diplomla təltif olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.