ELM VƏ TƏHSİL


Seyid Şuşinskinin yaradıcılığına həsr olunan onlayn görüş

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU), Odlar Yurdu Universiteti və "Azərbaycan mədəniyyəti" sosial şəbəkə platformasının təşkilatçılığı ilə "Klassiklərdən incilər" layihəsi çərçivəsində növbəti onlayn görüş keçirilib.

Görüş xanəndə Seyid Şuşinskinin yaradıcılığına həsr olunub.

Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib.

Tədbirdə universitetin Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev Seyid Şuşinskinin həyat və yaradıcılığı haqqında məlumat verib. O, belə görüşlərin keçirilməsini yüksək qiymətləndirib və təşkilatçılara təşəkkür edib.

Odlar Yurdu Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Gülbəniz Cəfərova və Filologiya fakültəsinin tələbəsi Fidan Nəbiyeva da Seyid Şuşinskinin Azərbaycan mədəniyyətinə töhfəsi, eyni zamanda, muğamlarımızın təbliğində müstəsna xidmətlərindən danışıb.

Tədbir "Azərbaycan mədəniyyəti" sosial şəbəkə platformasının solistləri – muğam müsabiqəsinin iştirakçısı Ülkər Orucova və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin Xanəndəlik fakültəsinin tələbəsi Günel İsgəndərovanın ifaları ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.