İQTİSADİYYAT


“Signify” kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizdə aparılan islahatların nəticəsidir

Bakı, 24 may, AZƏRTAC

Bu günlərdə Prezident İlham Əliyevlə "Signify" şirkətinin rəhbərləri arasında keçirilən videokonfrans zamanı dövlətimizin başçısı ölkəmizdə müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələrin tətbiq edilməsinin önəmindən danışdı. Bir neçə gün öncə "CISCO" şirkətinin rəhbərliyi ilə keçirilən videokonfrans zamanı da eyni məzmunlu məsələlər müzakirə olundu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, dünyanın aparıcı və böyük şirkətlərindən biri olan "Signify" kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizdə əlverişli biznes və sərmayə mühitinin yaradılması, həmçinin aparılan genişmiqyaslı islahatların nəticəsidir. "Signify" şirkəti 74 ölkədə fəaliyyət göstərir, 140 ölkəyə xidmət və məhsul satışı həyata keçirir. Bu şirkət işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, həm də 10 "yaşıl" şirkətdən biridir.

Deputat deyib ki, Prezident İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı texnoloji şirkətlərinin rəhbərləri ilə görüşlər keçirir və çalışır ki, Azərbaycan müasir texnologiyalar və innovasiyaların tətbiqi baxımından öndə gedən ölkə olsun. "Ağıllı şəhər" layihəsində "Signify" şirkətinin işıqlandırma sistemlərindən istifadə etməklə daha çox qənaət əldə etmək mümkündür. Bu texnologiyaları tətbiq etmək bizə çoxlu enerjiyə, yerin təkindən hasil edilən yanacağa digər məqsədlər, həmçinin ixrac üçün qənaət etməyə və şəhər həyatını daha da yaxşılaşdırmağa imkan yaradacaq. Bakı, Sumqayıt şəhərində və regionlarda yerləşən yaşayış məntəqlərində işıqlandırılma sistemlərinin müasirəlşdirilməsi və kənd təsərrüfatının elektronlaşdırılmasında bu şirkətin məhsullarından istifadə olunması imkanları daha da genişləndirir. Bundan sonra müasir texnologiyalardan istifadə sosial-iqtisadi inkişafımızda yeni mərhələ olacaq.

Milli Məclisin deputatı əlavə edib ki, Azərbaycan yeni texnologiyalara və innovasiyalara açıqdır. Ona görə də dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq etməklə biz öz gənc mütəxəssis potensialımızdan istifadə edərək yeni intellekt məhsulları ortaya çıxarırıq və nəticədə onları "Made in Azerbaycan" brendi altında ixrac etmək mərhələsindəyik. Postpandemiya dövründə hansı ölkələr daha çox yeni texnologiyalara önəm versələr, o ölkələr inkişafda bir addım öndə olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.