REGİONLAR


Siyəzəndə mülki müdafiə məşqi keçirilib

Siyəzən, 5 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Siyəzən rayonunda yerləşən “Siyəzən Broyler” ASC-də obyekt mülki müdafiə məşqi təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məşqin keçirilməsində əsas məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan heyətin mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması, qüvvələr arasında qarşılıqlı fəaliyyətin təşkili və bu sahədə əməli vərdişlərin aşılanması olub.

Məşqə FHN-in Şimal Regional Mərkəzi, Siyəzən rayon Yanğından Mühafizə Hissəsinin və “Siyəzən Broyler” ASC-nin müvafiq heyəti və texnikaları cəlb edilib.

Məşq zamanı şəxsi heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, eləcə də funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.