DÜNYA
Son sutkada Özbəkistanda koronavirusdan 11 xəstə ölüb
Daşkənd, 17 sentyabr, АZƏRTAC
Son sutkada Özbəkistanda COVID-19-a 609 nəfər yoluxub, koronaviruslu xəstələrin sayı 49 min 385 nəfərə çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son 24 saat ərzində COVID-19-dan 11 xəstə ölüb, dünyasını dəyişənlərin sayı 411 nəfərə çatıb.
Xəstəxanalarda 3 min 500 koronaviruslu xəstə var, onların 469-nun vəziyyəti ağır, 259-nun isə kritikdir.
Bildirilir ki, son gündə xəstəlikdən 418, pandemiya dövründə 45 min 474 xəstə müalicə olunaraq evə buraxılıb.
Məlumatda qeyd edilir ki, ötən gecə Rusiyanın Samara vilayətindən 938 Özbəkistan vətəndaşı gətirilib və onlar Daşkənddəki karantin mərkəzinə yerləşdirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]