DÜNYA
Sorğu: Ukraynada əhalinin təxminən 60 faizi müharibəyə baxmayaraq evlərində qalıb
Kiyev, 24 noyabr, AZƏRTAC
Ukraynada əhalinin təxminən 60 faizi müharibəyə baxmayaraq evlərində qalıb.
AZƏRTAC Ukrinforma istinadla xəbər verir ki, bunu “Gradus Research” tədqiqat şirkətinin apardığı sorğunun nəticələri sübut edir.
Sorğuya görə, digər ukraynalılar hərbi əməliyyatlar başlayanda ölkəni tərk etmək məcburiyyətində qalıblar, lakin onların yarısı artıq evlərinə qayıdıb.
Sosioloqlar qeyd edir ki, respondentlər evakuasiya variantını son çarə kimi kritik və çətin addım kimi qiymətləndirirlər. Bu gün evdə yaşayan respondentlərin əksəriyyəti getməyə hazır deyil.
Sorğu 18-60 yaşlı 50 000-dən çox əhalisi olan şəhərlərin əhalisi arasında keçirilib. Sorğuda 2000 respondent iştirak edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]