MƏDƏNİYYƏT


Stiven Kinqin yeni romanı əsasında serial çəkiləcək

Bakı, 12 sentyabr, AZƏRTAC 

Amerika yazıçısı Stiven Kinqin “İnstitut” adlı yeni romanı əsasında mini serial çəkiləcək. AZƏRTAC “Qazeta.Ru”ya istinadla xəbər verir ki, bu barədə məlumatı “Variety” yayıb.

Məlumatda deyilir ki, filmin ssenari müəllifi tamaşaçılara “Böyük kiçik yalan” serialından tanış olan Devid E.Kelli, rejissoru “Taxt-tac oyunları”nın altıncı mövsümünün bir neçə epizodunu çəkmiş Cek Benderdir.

Lakin serialın ekranlara nə vaxt çıxacağı və digər təfərrüatlar açıqlanmır.

Kinqin yeni romanı satışa sentyabrın 10-da çıxıb. Süjetin əsasında 12 yaşlı Lyuk Ellisin əhvalatı durur. Valideynləri öldürülən Lyuku zorla superistedadlı uşaqlar üzərində təcrübə aparılan “institut”a yerləşdirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.