Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Strategiyanın İlham Əliyev modeli: Diplomatik və hərbi məharətin mükəmməl sintezi

Strategiyanın İlham Əliyev modeli: Diplomatik və hərbi məharətin mükəmməl sintezi

Bakı, 30 oktyabr, AZƏRTAC

Dağlıq Qarabağ münaqişəsi təxminən 30 illik tarixə malikdir. Lakin problemin kökü hətta bir əsr əvvələ gedib çıxır. Münaqişə yaranan gündən ən çox Azərbaycanda müzakirə olunsa da, zaman-zaman beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olub. Niyə zaman-zaman? Çünki beynəlxalq təşkilatlar özlərinin qəbul etdikləri qərar və qətnamələrin icrası istiqamətində ortaya heç bir iradə qoymayıb. Eləcə də 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həllində kifayət qədər obyektiv mövqe nümayiş etdirməyərək Dağlıq Qarabağ probleminin uzunömürlülüyünə öz “töhfələrini” veriblər. Ermənistan ilə Azərbaycan arasında son illər baş vermiş bir neçə qarşıdurma bu münaqişəni beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirib. Lakin 2020-ci ilin sentyabrından etibarən şanlı Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əməliyyatlar nəinki beynəlxalq ictimaiyyətin diqqətini çəkib hətta çox qısa müddətdə bir sıra tədqiqatçıların əsas mövzusuna çevrilib. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar artıq dünyanın aparıcı ölkələrinin ordu rəhbərlikləri səviyyəsində yeni növ müharibəyə nümunə kimi göstərilir və bu istiqamətdə tədqiqatların aparılması tövsiyə olunur.

Bu fikirlər milli təhlükəsizlik üzrə ekspert, Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabiti mayor Xəyal İsgəndərovun “Strategiyanın İlham Əliyev modeli: Diplomatik və hərbi məharətin mükəmməl sintezi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Nəzərə almaq lazımdır ki, 2020-ci ilin sentyabrına qədər Dağlıq Qarabağ münaqişəsi keçmiş sovet ölkələrinin bir çoxunda mövcud olan çoxillik ərazi münaqişələrindən yalnız biri hesab edilirdi. Bəlkə də bir çoxlarımız bir neçə ay əvvəl mövcud situasiyanın belə bir vəziyyət alacağını heç təxmin etmirdik. Münaqişələrin həlli istiqamətində hər hansı irəliləyişin olması tarixi şəraitin yetişməsindən asılıdır.

Cənubi Qafqaz dünya xəritəsində çox kiçik yer tutmasına baxmayaraq, regionun əhəmiyyəti və ona olan maraq regionun coğrafi ölçüsündən qat-qat böyükdür. Bu baxımdan regionda sabitliyə ciddi təhdid təşkil edən Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında təkcə münaqişə tərəflərinin deyil, bir sıra xarici güclərin də konstruktiv mövqe nümayiş etdirməsi çox önəmlidir. Münaqişənin həlli Azərbaycan üçün ərazi bütövlüyünün bərpası deməkdirsə, Ermənistan üçün Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması və ya Ermənistana birləşdirilməsi kimi paradoksal iki yanaşmadan ibarətdir.

Ermənistan Respublikası Dağlıq Qarabağ münaqişəsindən qazandığını düşünərək, əslində, ən çox itirən ölkədir. Birincisi, Ermənistan işğalçılıq siyasəti yürütməklə Azərbaycan və Türkiyə kimi ölkələrin iqtisadi dəstəyindən məhrum olub. Praktiki olaraq, iqtisadi blokadada olan Ermənistanın taleyi tamamilə xarici havadarlarından asılıdır. İkincisi, Ermənistan ictimaiyyəti Dağlıq Qarabağın onlara aid olması nağılı ilə illərdir aldadılır. Bunun nəticəsində artıq Ermənistanda elə bir nəsil formalaşıb ki, onlar ümumiyyətlə, Azərbaycan ərazilərinin hamısının onlara aid olduğunu düşünürlər. Bu fakt da erməniləri 2020-ci ildə dəhşətli bir fəlakətin astanasına gətirib çıxarıb. Dağlıq Qarabağ münaqişəsinin həllinə ilk dəfə 1997-ci ildə Levon Ter-Petrosyanın hakimiyyəti dövründə ümid yaranmışdı. Lakin o, dərhal vəzifəsindən uzaqlaşdırılmışdı. Ter-Petrosyandan sonra hakimiyyətə gələn bütün erməni rəhbərləri münaqişəyə qeyri-konstruktiv yanaşması ilə seçiliblər. Robert Köçəryanın hakimiyyəti dövrü münaqişənin həlli istiqamətində heç bir irəliləyişin olmaması ilə yadda qalıb. Serj Sarkisyan prezident seçildikdən sonra münaqişənin Madrid prinsipləri çərçivəsində həllinə ümid yaransa da, tez bir zamanda bu ümid işığı da sönmüşdü. Ermənistan hakimiyyətinə ən səsli-küylü gələn rəhbər Nikol Paşinyan olub. Paşinyan öz sələfləri kimi, nəinki qeyri-konstruktiv siyasət yürütdü, hətta diletant davranışı ilə gündəmə gəlməyi bacardı və Azərbaycan xalqının hiddətinə səbəb oldu. O, Dağlıq Qarabağı gah Ermənistanın “tərkib hissəsi”, gah da danışıqlar prosesinin “müstəqil” subyekti kimi təqdim edərək siyasi naşılığını ortaya qoydu.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının mövqeyi həmişə dəyişməz olub: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. Qeyd edək ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi addımlar atıldı. Hətta Ermənistanın keçmiş prezidenti Ter-Petrosyanın reallıqları dərk etməsində ulu öndər Heydər Əliyevin danılmaz rolu var. Lakin görünən odur ki, Ter-Petrosyanın münaqişə ilə bağlı apardığı praqmatik dəyərləndirmə digər aktorların maraqlarına uyğun gəlmədi və danışıqlar prosesində uzunmüddətli durğunluq yarandı.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə münaqişənin həlli məqsədilə çoxsaylı danışıqlar aparılsa da, onların praktiki olaraq heç bir nəticəsi olmayıb. Əslində, erməniləri də cəsarətləndirən bu idi: haqsız olmalarına baxmayaraq, heç bir beynəlxalq təşkilat onlara təzyiq göstərməyib. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının artırılmasına, eləcə də maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət göstərən Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq arenada Azərbaycanın nüfuzunun artırılması istiqamətində çox ciddi strateji addımlar atıb. Bu addımların arxasında şübhəsiz ki, Azərbaycanın milli maraqları dayanırdı. Prezident İlham Əliyevin 2019-cu il fevralın 12-də müsahibəsində qeyd etdiyi kimi: “Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər, ancaq mən hesab edirəm ki, bizim siyasətimiz milli maraqlar üzərində qurulub”.

Prezident İlham Əliyev qarşılıqlı milli maraqlar əsasında ABŞ, Avropa İttifaqı, GUAM və MDB ölkələri, Türkiyə, İran, İsrail və Pakistan ilə çoxvektorlu əməkdaşlığı özündə əks etdirən bir idarəetmə modeli formalaşdırıb. Ölkəmizin haqq işinə dəstək verən ölkələrin siyahısını nəzərdən keçirməklə, dövlətimizin başçısının uzaqgörənliyinin bir daha şahidi oluruq. Ermənistana külli miqdarda silah-sursat tədarük edən bir sıra ölkələrin siyasi bəyanatlarda bitərəflik nümayiş etdirməsi belə Azərbaycan diplomatiyasının uğurudur. Bu gün Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsa da, bu təşkilata üzv dövlətlər Azərbaycana ondan daha çox güvənirlər. Müharibə başlayan gündən indiyə qədər Rusiya rəhbərliyinin nümayiş etdirdiyi yanaşma da bilavasitə Prezident İlham Əliyev diplomatiyasının nailiyyətidir.

Bədnam qonşularımızın ürəyindən olmasa da, Azərbaycan Qərbin enerji təhlükəsizliyində də mühüm rol oynayır. Belə ki, Qərb enerji marşrutlarının şaxələndirilməsi istiqamətində irəli sürdüyü layihələrdə Azərbaycanı etibarlı tərəfdaş kimi görür. Şübhəsiz ki, bu layihələrin reallaşmasında qardaş Türkiyənin iştirakı və birmənalı dəstəyi xüsusilə vurğulanmalıdır. Ən vacib məqam ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf etdirilən Azərbaycan-Türkiyə münasibətləri müstəqilliyimiz tarixində bu qədər yaxın olmayıb. Burada da Prezident İlham Əliyevin misilsiz rolu xüsusi qeyd edilməlidir. Hazırda dünyada Azərbaycan və Türkiyə qədər bütün sahələrdə bir-birini dəstəkləyən ikinci bir nümunə yoxdur.

Prezident İlham Əliyev yürütdüyü praqmatik siyasətlə bütün rəhbərlərdən fərqlənir. Əgər 2020-ci il sentyabrın 27-də - müharibə başlayana qədər əsasən onun diplomatik manevrləri, arqumentlərini əsaslandırmağa imkan verən tarixi-siyasi biliyi daha çox müzakirə olunurdusa, müharibə başlayandan bəri dövlətimizin başçısı müxtəlif televiziya proqramlarına verdiyi müsahibələrdə, Mərkəzi Komanda Mərkəzində Müdafiə Nazirliyinin rəhbərliyi və ali rütbəli zabitlər qarşısındakı çıxışlarında, eləcə də Azərbaycan xalqına müraciətlərində dürüstlük, səmimiyyət, ədalət, qətiyyət, səriştə, faktlara hörmət və sayıqlıq kimi əsl Ali Baş Komandan keyfiyyətlərini nümayiş etdirdi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu yeni nəsil müharibənin elementlərini özündə əks etdirməklə tarix yazır. Prezidentin özünün də dediyi kimi: “Biz yeni reallıq yaratmışıq. Hər kəs bu reallıqla hesablaşmalıdır”. Bununla da Prezident İlham Əliyev müasir dünya tarixinə diplomatik və hərbi məharətin mükəmməl sintez olunduğu bir strategiya təqdim etdi. Gələcək aylarda bu strategiyanın müxtəlif aspektlərinin regional və qlobal səviyyədə öyrənilməsi istiqamətində tədqiqatların aparılması xüsusi aktuallıq kəsb edəcək ki, bu da ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına bilavasitə töhfə verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada əsgər çatışmır

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir